Son yeniləmə: 4 Noyabr 2024 10:20
BAYRAQDAR MEDİA – “Bakıda Azərbaycan Pediatriya Cəmiyyəti və Türkiyə Milli Pediatriya Dərnəyi, o cümlədən Azərbaycan və Türkiyədən olan həkimlərimizlə bir araya gəldik. Məqsəd uşaq sağlamlığı ilə bağlı beynəlxalq sahədə əldə edilən təcrübələri bölüşmək, mövcud problemləri müzakirə etmək, eyni zamanda təklif və fikirlərdən ibarət gələcək planlarımızı müəyyən etməkdir”.
Bunu Bakıda media təmsilçilərinə Bakıda Türkiyə Milli Pediatriya Dərnəyinin və Azərbaycan Pediatriya Cəmiyyətinin birgə təşkilatçılığı ilə pediatriya sahəsinin mütəxəssisləri üçün təşkil edilən birgə konfransın dəstəkçisi olan Türkiyənin Alyors Group, Orzax Pharmaceuticals Marketinq Direktoru Müge Turan deyib.
O, qeyd edib ki, konfransda bir-birindən dəyərli fikirlər səsləndi: “Pediatriya sahəsində hər iki ölkənin tanınmış alimlərinin və aparıcı mütəxəssislərinin, o cümlədən həkimlərimizin təkliflərini eşitmək çox xoş oldu. Əminəm ki, 200 nəfərə yaxın şəxsin iştirakı ilə reallaşdırdığımız bu konfrans pediatriya sahəsində atılan önəmli addımlardan biri kimi yadda qalacaq”.
20 ildir ki, fəaliyyət göstərdiklərini deyən müsahibimiz hesab edir ki, pediatirya davamlı olaraq təcrübələrin genişləndirilməsini tələb edir: “Bu gün biz bu cür tədbirlərlə uşaqların sağlamlığı, daha çox üzləşdikləri xəstəliklər və s. ətrafında ümümi fikir mübadiləsi apardıq. Bizim şirkətimiz uşaq xəstəliklərinin müalicəsinə dair davamlı yeniliklər edir, yeni dərmanların tətbiqi istiqamətində müvafiq addımlar atır”.
İlk şərhi yaza bilərsiniz