Son yeniləmə: 4 Noyabr 2024 14:56
BAYRAQDAR MEDİA – Ölkənin hər yerini əhatə edən “Milliön” 5 mininci ödəmə terminalını doğma Qarabağımızda quraşdırıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya Noyabrın 4-də PaşaPay şirkətindən məlumat verilib.
Bildirilib ki, “hazırda fəaliyyət göstərən terminalların 60 faizi regionları, 40 faizi isə Bakı və Abşeron ərazisini əhatə edir. “Milliön” əhaliyə daha operativ xidmət verə bilmək üçün ölkə üzrə 7 xidmət mərkəzinə sahibdir. Bunlar Qəbələ, Naxçıvan, Lənkəran, Şirvan, Ağcabədi, Gəncə və Yevlaxda fəaliyyət göstərir. 2025-ci ildə daha iki mərkəzin Gəncə və Qubada açılması planlaşdırılıb”.
Məlumata görə 900 növ xidmətlə hər ay milyonlarla insana xitab edən “Milliön” bir “PashaPay” məhsuludur.
İlk şərhi yaza bilərsiniz