Press "Enter" to skip to content

Manisada 8 Noyabr-Azərbaycan Zəfər Günü qeyd ediləcək

Şentürk Höşgül

Son yeniləmə: 4 Noyabr 2024 14:46

BAYRAQDAR MEDİA – Qardaş Türkiyənin bir çox yerində olduğu kimi Manisada da 8 Noyabr Azərbaycan Zəfər Günü münasibətilə tədbir keçiriləcək.

Bu barədə BAYRAQDAR MEDİA-ya Manisa Azərbaycan Kültür və Həmrəylik Dərnəyinin sədri Şentürk Hoşgül məlumat verib.

O, qeyd edib ki, Dərnək tərəfindən təşkil edilən “Salam Türk’ün Bayrağına” adlı tədbir Yunusemre Kültür Parkı İrfan Məclisində olacaq: “Tədbirdə Ege Universiteti Türk Dünyası Araşdırmalar İnstitutu Türk Dünyası Sosial, İqtisadi və Siyasi Əlaqələr şöbəsinin müdiri Prof. Dr. Vəfa Qurban məruzəçi kimi iştirak edəcək. Proqramın 8 noyabr 2024-cü il saat 19:30-da başlaması planlaşdırılır. Tədbirdən sonra iştirakçılara musiqili konsert təqdim olunacaq”.

Şentürk Hoşgül bütün manisalıları tədbirə dəvət etdiklərini bildirib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.