Press "Enter" to skip to content

İstanbulda Kitab Sərgisinin koordinatoru ilə görüş

Görüşdən görüntü

BAYRAQDAR MEDİA – 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisi çərçivəsində təqdimat, imza mərasimləri və işgüzar görüşlər davam edir.

Bu haqda Mədəniyyət Nazirliyinin yaydığı xəbərdə bildirilir.

Xəbərdə deyilir ki, “noyabrın 3-də TÜYAP kompleksində Frankfurt Beynəlxalq Kitab Sərgisinin (Frankfurter Buchmesse) Azərbaycan, Kıbrıs, Yunanıstan və Türkiyə üzrə koordinatoru Hanife İçten ilə görüş keçirilib. Görüşdə mədəniyyət nazirinin müavini Fərid Cəfərov və Azərbaycandan bir sıra nəşriyyatların rəhbərləri iştirak ediblər. Hanife İçten dünyanın ən böyük kitab festivallarından olan Frankfurt sərgisi barədə təqdimatla çıxış edib. O, sərginin tarixi haqqında məlumat verib, bu ilin 16-20 oktyabr tarixlərində keçirilən 76-cı sərgi barədə satistik məlumatları diqqətə çatdırıb. Söhbət zamanı Azərbaycanın 2029-cu ildə keçiriləcək Frankfurt sərgisində “fəxri qonaq ölkə” kimi iştirakı ilə bağlı müzakirə aparılıb. Hanife İçten bununla bağlı bir sıra diqqət edilməli olan məsələlərdən söz açıb”.

Daha sonra xəbərdə, “F.Cəfərov son illərdə ölkəmizdə kitab sənayesinin inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən layihə və tədbirlərdən danışıb. Qeyd olunub ki, Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycanın bu sahədəki uğurlarının beynəlxalq aləmdə tanıdılması diqqət mərkəzində saxlanılır. Nəşrlər dünyanın məşhur sərgilərində xüsusi stenddə təqdim edilir. Azərbaycan bu il Frankfurt sərgisində də ayrıca stendlə təmsil olunub. Azərbaycanın məqsədi bu kimi sərgilərdə “fəxri qonaq ölkə” ilə yanaşı, digər platformalar çərçivəsində yeni əlaqələr qurmaq, sahənin daha da inkişafına nail olmaqdır” deyə qeyd olunur.

Sonra Frankfurt sərgisinin regional koordinatoru Azərbaycan naşirlərin suallarını cavablandırıb. Əməkdaşlıq üçün səsləndirilən təkliflər müzakirə olunub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.