Press "Enter" to skip to content

Bu cür tədbirlər davamlı olaraq keçirilməlidir

Müsahibə zamanı

Son yeniləmə: 4 Noyabr 2024 10:19

Prof. Dr. Yıldız Camcıoğlu: Bakı konfransındakı çıxışlar, həmçinin səslənən təkiliflər bir daha sübut etdi ki, biz doğru yoldayıq

BAYRAQDAR MEDİA – “Türkiyə Milli Pediatriya Dərnəyi öz fəaliyyətində daima irəli getməyi əsas götürərək, uşaqların sağlamlığı üçün pediatriya sahəsində təhsilin, elmin, biliyin artırılmasına xüsusi önəm verir. Bu da bizə təsisçimiz İhsan Doğramacının dəyərli bir tövsiyəsidir”.

Bunu Bakıda media təmsilçilərinə açıqlamasında Türkiyə Milli Pediatriya Dərnəyinin sədri Prof. Dr. Yıldız Camcıoğlu deyib.

Prof. Dr. Yıldız Camcıoğlu və Nadir Azəri
Prof. Dr. Yıldız Camcıoğlu və Nadir Azəri

O, qeyd edib ki, bu məqsədlə müxtəlif seminarlar, beynəlxalq konfranslar təşkil edirlər: “Dərnəyimizin təşkil etdiyi bu tədbirlər zamanı pediatrların gündəlik üzələşdikləri məsələlər, uşaq xəstəlikləri və onların müalicəsi yolları barədə müzakirələr aparılır, beynəlxalq təcrübə öyrənilir, xarici mütəxəssislərin məsləhətləri dinlənilir”.

Konkret olaraq Türkiyə Milli Pediatriya Dərnəyinin və Azərbaycan Pediatriya Cəmiyyətinin birgə təşkilatçılığı ilə Bakıda pediatriya sahəsinin mütəxəssisləri üçün keçirilən birgə konfransa gəlincə, Prof.Dr. Yıldız Camcıoğlu deyib ki, əslində bu tipli konfranslar öncə Türkiyənin regionlarında keçirilib: “Daha sonra Kuzey Kıbrıs Türk Cümhuriyyətində keçirdik. Nəhayət 1-3 noyabr tarixlərində Bakıda belə bir konfransın keçirilməsinə qərar verdik. Məqsəd Azərbaycanla Türkiyə arasında digər sahələrdə mövcud olan əməkdaşlığı bu sahədə də gücləndirməkdir. Əvvəla, mən bu konfransın uğurlu alınmasına görə bizimlə bərabər çalışan Azərbaycan Pediatriya Cəmiyyətinə minnətdarlıq edirəm. Özünüz də şahidi oldunuz ki, tədbir çox maraqlı keçdi, çox gözəl məsələlərə toxunuldu. Bakı konfransındakı çıxışlar, həmçinin səslənən təkiliflər bir daha sübut etdi ki, biz doğru yoldayıq və bu cür tədbirləri davamlı olaraq keçirməliyik”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.