Son yeniləmə: 1 Noyabr 2024 11:12
BAYRAQDAR MEDİA – Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə sosial şəbəkələr vasitəsilə bu ilin yanvar-oktyabr ayları ərzində 27 min 678 vətəndaş müraciəti cavablandırılıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya DSMF-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, “müraciətlərin 11 min 419-u ünvanlı dövlət sosial yardımı, 6 min 469-u pensiya təyinatı, 6 min 241-i sosial müavinət və təqaüd, 279-u sosial sığorta və fərdi uçot, 3 min 270-i isə digər istiqamətlər üzrə olub”.
İlk şərhi yaza bilərsiniz