Press "Enter" to skip to content

Qardaş ölkədə Zəfər konserti

Konsert olacaq

Son yeniləmə: 1 Noyabr 2024 12:15

BAYRAQDAR MEDİA – 8 Noyabr Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günüdür. Bu gün təkcə Azərbaycanda yaşayan azərbaycanlılar üçün deyil, xaricdə yaşayan soydaşlar üçün də əlamətdar gündür. Bu əlamətdar tarixlə əlaqədar noyabrın 6-da Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə qardaş Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin layihəsi üzrə tədbir və konsert proqramı keçiriləcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Mərkəzdən daxil olub.

Bildirilir ki, “Azərbaycan Mədəniyyət Mərkəzində keçiriləcək konsertdə Azərbaycanın və Özbəkistanın xalq artisti Gülyanaq Məmmədova, Özbəkistan, Qaraqalpağıstan, Başqırdıstan və Tatarıstanın xalq artisti Jenisbek Piyazov, Özbəkistanda tanınmış azərbaycanlı saz ustası İlham Abdullayev, Özbəkistanın “O`zbegim yoshlari” musiqi qrupu, habelə Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan” adlı rəqs ansamblının çıxışları nəzərdə tutulub. Sözügedən tədbir çərçivəsində ilk olaraq Mərkəzin foyesində Azərbaycan xalqının Zəfərinə həsr edilmiş fotosərgi də iştirakçılara təqdim olunacaq”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.