BAYRAQDAR MEDİA – Bolqarıstan Milli Radiosu BNR-ə danışan keçmiş baş nazir Nikolay Denkov maraqlı açıqlama verib.
Radio Bolqarıstanın məlumatına görə, o, “GERB lideri Boyko Borisov Delyan Peevskini öz çevrəsindən uzaqlaşdırıb diqqətini Bolqarıstanın Avropanın inkişafına yönəldəcək, yoxsa Delyan Peevski ilə birgə işləyəcək. O, Bolqarıstanı hazırda D.Peevskinin qurmağa çalışdığı diktatura kimi bir diktaturaya aparıb-çıxarmayacağına aydın cavab verməlidir” deyib.
N.Denkov deyib ki, növbəti Xalq Məclisinin ikinci siyasi qüvvəsi olan PP-DB Boyko Borisov başçılıq etdiyi hökuməti dəstəkləməyəcək, çünki ona etibar etmirlər.