Press "Enter" to skip to content

Polşa turizm şirkətləri üçün təqdimat

Polşalı turistlər

Son yeniləmə: 1 Noyabr 2024 11:42

BAYRAQDAR MEDİA – Azərbaycan Turizm Bürosu tərəfindən 27-31 oktyabr tarixlərində Polşanın aparıcı 12 turizm şirkətinin nümayəndələri üçün tanışlıq səfəri təşkil edilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilib ki, “turizm sahəsində Polşa və Azərbaycan arasında potensial tərəfdaşlıq və əməkdaşlıq əlaqələrinin təşviq edilməsi məqsədilə 30-a yaxın yerli şirkətlə B2B (biznesdən-biznesə) formatında görüşlər keçirilib. Səfər çərçivəsində Polşanın turizm sənayesi nümayəndələri işgüzar görüşlərlə yanaşı, Azərbaycanın mədəni irsi, qış idman turizm imkanları və “Şahdağ” Turizm Mərkəzində müasir xizək infrastrukturu ilə tanış olublar”.

Qeyd edilib ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Varşavadan Bakıya orta hesabla həftədə 5 dəfə olmaqla, ümumilikdə 183 uçuş həyata keçirilib: “Sözügedən dövr ərzində Azərbaycana Polşadan səfər edənlərin sayı 7886 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 36% artımdır”.

Mission News Theme by Compete Themes.