Press "Enter" to skip to content

Komitə sədrindən parlamentdə ilk vətəndaş qəbulu

Qəbul zamanı

Son yeniləmə: 1 Noyabr 2024 08:29

BAYRAQDAR MEDİA – Millət vəkili Fazil Mustafa Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri olaraq Məclisdə ilk vətəndaş qəbulunu keçirib.

Bu barədə BAYRAQDAR MEDİA-ya komitədən məlumat verilib.

Qəbuldan xatirə fotosu
Qəbuldan xatirə fotosu

Bildirilib ki, “F.Mustafa II Qarabağ müharibəsinin şəhidi Emin Abbaszadənin valideynləri Faiq Abbasov və Nərminə Abbasova, II Qarabağ müharibəsinin qazisi İlham Xubyarov, tanınmış QHT sədrləri Vüqar Qədirov, Mətanət Cəfərova, ilahiyyatçı Anar Əliyev və başqaları (toplam 15 nəfər) ilə görüşüb. Fazil Mustafa, onları ətraflı dinlədikdən sonra, toxunulan mövzularla (ictimai birliklərin, dini qurumların fəaliyyəti, eləcə də, hərbi xidmət zamanı həlak olan övladlarına şəhidlik statusu verilməsi məsələsini qaldıran valideynlərin qayğıları və s. ilə) bağlı fikirlərini bölüşüb”.

Məlumata görə, Komitə sədri qaldırılan vacib məsələlər üzrə müvafiq dövlət orqanları ilə müzakirə aparacağını, müraciət məktubları göndərəcəyini bildirib: “İctimai birliklər və dini qurumlar komitəsinin fəaliyyəti, planları barədə danışan Fazil Mustafa, Milli Məclisdə vətəndaş cəmiyyəti institutları ilə bağlı aparılmış müzakirələr, qəbul edilmiş qanunlar, qanunlara əlavə və dəyişiklər barədə məlumat verib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.