Press "Enter" to skip to content

“Köhnə çamadanlar” Türkiyədə

Eski Bavullar

Son yeniləmə: 1 Noyabr 2024 17:04

BAYRAQDAR MEDİA – 8 Noyabr – Zəfər Günü münasibəti ilə Birinci və İkinci Qarabağ müharibəsindən bəhs edən “Köhnə çamadanlar” filmi Türkiyədə nümayiş olunacaq.

Filmin redaktoru Həmidə Rüstəmovanın BAYRAQDAR MEDİA-ya verdiyi məlumata görə, noyabrın 6-da “CSO Ada”- Ankaranın Mərkəzi Tarixi Salonunda filmin Türkiyə qalası keçiriləcək.

Məlumatda deyilir ki, “nümayiş Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin, AHİD – Ankaralılar Dərnəyi, eləcə də Altındağ Bələdiyyəsi, “Qazi”Universiteti, Türkiyədəki Dünya Qadınlar Birliyi, “Çinar” Qadınlar təşkilatı, “Kratonclinik” və digər təşkilatların dəstəyi ilə reallaşacaq. Nümayişdən öncə “Qadın, sülh, zəfər” adlı rəsm sərgisi də təşkil olunacaq. Burada sənətsevərlər türkiyəli rəssamların müharibə və qadın mövzusundakı rəsm əsərlərini izləyəcəklər”.

Daha sonra xəbərdə, “məlumat üçün deyək ki, “Köhnə çamadanlar” filmi Birinci və İkinci Qarabağ müharibəsi həqiqətlərini real qəhrəmanların xatirələri əsasında ekrana gətirir. Müharibə və qadın mövzusuna özünəməxsus baxış sərgiləyən, Xocalı soyqırımına, ümumilikdə savaşın ağrı-acısına kinematoqrafik təsvir verən “Köhnə çamadanlar” tammetrajlı bədii filminin quruluşçu rejissoru Səidə Haqverdiyeva, ssenari müəllifi Sevda Sultanova, görüntü rejissoru Şahmar Səfəroğlu, montaj rejissoru Rza Almasi Pərqu, quruluşçu rəssamı Əfşan Əsədova, bəstəkarı Vüqar Camalzadə, baş prodüseri Pərvinə İsmayılova, icraçı prodüserləri Kəmalə Nəhmətova və Nicat Məmmədov, redaktoru Həmidə Rüstəmovadır” deyə bildirilir.

Filmdə xalq artistləri Məmməd Səfa, Pərvanə Qurbanova, Əməkdar artistlər Gülzar Qurbanova, Şəfəq Əliyeva, Nəsibə Eldarova, aktyorlar Zemfira Əbdülsəmədova, Zümrüd Qasımova, Ülviyyə Əliyeva, Zülfiyyə Qurbanova, Zarina Qurbanova, Aygün Fətullayeva, Türkay Cəfərli, Könül Qasımova, Səmimi Fərhad, Aqil M. Quliyev, Namiq Ağayev, Vüqar Hacıyev, Cavanşir Məhərrəmov, Rəsmiyyə Nurməmmədova, Qızılgül Quliyeva və başqaları rol alıblar. Bundan başqa, filmdə İkinci Qarabağ Müharibəsinin iştirakçıları, Sərhəd Qoşunlarında xidmət edən hərbçilər, eləcə də sağlamlıq imkanları məhdud istedadlı şəxslər də iştirak ediblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Nazirliyin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, “RS Production”un birgə layihəsi, “OYUN” inklüziv teatr MMC-nin istehsalı olan film 2021-ci ildə istehsal olunub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.