Press "Enter" to skip to content

Kitab tanıtma: “”Kitabi-Dədə Qorqud” dastanları Baltik xalqlarının dillərində”

”Kitabi-Dədə Qorqud” dastanları Baltik xalqlarının dillərində

Son yeniləmə: 1 Noyabr 2024 16:26

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasındakı (MEK) müxtəlif mövzulu nəşrlər sırasında müəllifi ədəbiyyatşünas, publisist, tərcüməçi, Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev olan “”Kitabi-Dədə Qorqud” dastanları Baltik xalqlarının dillərində” kitabıdır.

Kitabda “Kitabi-Dədə Qorqud” dastanlarının Baltik xalqlarının – litva, latış və eston dillərində tərcümələri və nəşri, bu ölkələrdə tədqiqi haqqında geniş məlumat əksini tapıb.

Nəşrdə “Yüz dəfə eşitməkdənsə”, “Savaş lövhələri rəssam fırçasında”, “Eposu tanıtma yazıları”, “Bənzər dəyərlərə söykənən fəaliyyət”, “Eposun Baltik ölkələrində daşıdığı tarixi missiya” və digər başlıqlarda yazılar var.

Qeyd edək ki, kitabın elmi redaktoru və müqəddimənin müəllifi AMEA prezidenti, akademik İsa Həbibbəyli, rəyçisi filologiya elmləri doktoru, Prof. Məmməd Əliyev, çapa hazırlayanı isə filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürovdur.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.