BAYRAQDAR MEDİA – Hədəf STEAM Liseyi Nəsimi korpusunda qardaş Qazaxıstan və Qırğızıstandan gəlmiş müəllim və təhsil nümayəndələri qonaq olub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Hədəf Group-dan verilib.
Bildirilir ki, qonaqlar arasında Qırğızıstan Təhsil Nazirliyinin nümayəndəsi Toktomametov Almazbek Datkabekuli də iştirak edib.
“Qonaqlar ingilis və rus bölmələrində keçirilən dərslərdə, həmçinin STEAM dərslərində iştirak edərək tədris metodologiyaları ilə yaxından tanış oldular. Qonaqlar öz tədris təcrübələrini və metodlarını müəllimlərimizlə paylaşdı və təhsil sahəsində əməkdaşlıq imkanları müzakirə edildi”, – deyə xəbərdə bildirilir.
O da qeyd edilir ki, onlar kitabxana, rus bölmələri üçün Azərbaycan dili (dövlət dili) fənninin dərslikləri ilə tanış olub, ingilis bölmələrinin “Collins” və “Oxford” kitabları haqqında məlumat alıblar: “Hədəf konsepti və “Dəyərlər” seti, “Dəyərlər” təqvimi, Şəmil Sadiqin “Машина сна” (Yuxu maşını), “Mən bir müəlliməm”, “İnsan mühəndisi” kitabları hədiyyə olundu, qonaqlara “Ayın kitabı” layihəsi ilə bağlı ətraflı məlumat verildi. Daha sonra lisey nümayəndələri qonaqlar ilə dəyirmi masa ətrafında toplaşaraq STEAM tədris yanaşması, xarici dil tədris metodikası (CLIL), beynəlxalq təhsil, əməkdaşlıq və gələcək planlar mövzusunda söhbətlər apardılar”.
Qeyd edilir ki, Hədəf konseptində həm milli, həm bəşəri dəyərlərin tətbiqi qonaqların ciddi marağına səbəb olub, Liseydə yaradılmış Elmi İnteraktiv Muzey, linqafon və “Dədə Qorqud” otağı barədə məlumatlar maraqla qarşılanıb.
İlk şərhi yaza bilərsiniz