Press "Enter" to skip to content

FHN 2-si azyaşlı olmaqla 3 nəfəri xilas edib – VİDEO

FHN işçiləri iş başında

BAYRAQDAR MEDİA – Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu ərazisində doqquzmərtəbəli yaşayış binasında 1 nəfərin liftdə qalması, Suraxanı rayonu ərazisində mənzildə 2 azyaşlının bağlı qapı arxasında qalması, habelə Nəsimi rayonunda 1 nəfərin barmağında dəmir halqanın sıxılması səbəbindən köməksiz vəziyyətdə qalması barədə məlumatlar daxil olub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-nin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “məlumatlarla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal çağırış üzrə cəlb olunublar. Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2-si azyaşlı olmaqla 3 nəfər xilas edilib”.

Habelə, xilasedicilər tərəfindən həkim briqadasının iştirakı ilə köməyə ehtiyacı olan şəxsin barmağından dəmir halqanın müvafiq qaydada çıxarılması təmin edilib.

Mission News Theme by Compete Themes.