Son yeniləmə: 1 Noyabr 2024 08:30
BAYRAQDAR MEDİA – Eskişehirdə təxminən iki il əvvəl bir qrup sahibkar tərəfindən Yukarı Söğütönü Məhəlləsində 10 dekarlıq sahədə istehsalına başlanılan və bu il 100 hektar sahədə əkilən zəfəran yığımı başlayır.
Bu barədə eskisehir.net saytı məlumat yayıb.
Bildirilib ki, “noyabrın 1-də Türkiyənin ən böyük zəfəran istehsal bölgəsində “Zəfəran Məhsulu Festivalı” keçiriləcək. Eskişehir dünyanın ən bahalı ədviyyatı kimi tanınan, qida ilə yanaşı tibb, kosmetika və kimya kimi lokomotiv sektorlarında istifadə edilən, ölkəmizdə böyük bazar boşluğu olan zəfəranın istehsal mərkəzinə çevrilir”.
Məlumata görə, Eskişehirdə bir qrup sahibkar tərəfindən hazırlanan və FonTar tərəfindən inkişaf etdirilən “SAFFON-A” zəfəran istehsalı investorların böyük marağına səbəb olub: “SAFFON-A Baş Koordinatoru Egemen Temizsoy, Eskişehirdə ümumi 1000 dekar sahədə zəfəran istehsal edərək yerli və ixraca əsaslanan davamlı kənd təsərrüfatı modeli qurmağı hədəflədiklərini söyləyib. Digər tərəfdən, Türkiyənin yeganə qeydiyyatdan keçmiş zəfəran soğanı növü Eskişehir Geçit Kuşağı Kənd Təsərrüfatı İnstitutunda qeydə alınıb. İnstitut 2014-cü ildən zəfəranla bağlı araşdırmaları davam etdirir”.