Son yeniləmə: 1 Noyabr 2024 11:44
Nadir Azəri: Bu seçkilərdə kimin qalib gəlməsindən aslı olmayaraq həm ABŞ silkələnəcək, həm də Avropa
BAYRAQDAR MEDİA – “Noyabrın 5-də Birləşmiş Ştatlarda növbəti prezident seçkiləri keçiriləcək. Bu seçkilərdə kimin qalib gəlməsindən aslı olmayaraq həm ABŞ silkələnəcək, həm də Avropa”.
Bunu “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, Əməkdar Jurnalist Nadir Azəri deyib.
Onun sözlərinə görə, nəticələri tez-tez dəyişən rəy sorğuları gah Donald Trampın, gəh da Kamala Harrisin önə çıxdığını göstərir: “Ancaq təbii ki, son sözü Amerika seçicisi deyəcək. Cəmi 5 gündən sonra. Hərçənd ki, K.Harrisin qalib edilməsi üçün “son dəqiqə sürprizi” ediləcəyi gözləniləndir. Çünki qoca Baydenin Birləşmiş Ştatların 46-cı prezidenti seçilməsi üçün dəridən-qabıqdan çıxan bəlli güclər, əslində həmin vaxt K.Harrisin 47-ci prezident olması planının əsasını qoyublar”.
N.Azəri, daha sonr “məlumat üçün bildirim ki, bu barədə hələ iki il öncə, 17 mart 2022-ci il tarixində BAYRAQDAR MEDİA-dakı yazımda qeyd etmişdim. Həmin vaxt Co Baydenin tez-tez çaşmasına, səhvlər etməsinə toxunaraq yazmışdım: “Beləliklə, ilk baxışdan belə bir sual yarana bilər ki, C.Bayden bütün bunları edirsə həmin güclər niyə onu tez-tez çaşdırmaqla çətin duruma salırlar. Məsələ burasındadır ki, o güclərə C.Bayden müvəqqəti dövr üçün, el dili ilə desək, körpünü keçənə kimi lazımdır. Böyük ehtimalla ondan sonra hazırda kölgədən ABŞ-ı idarə edən vitse-prezident Kamala Harris ölkənin bir nömrəli postuna oturdulacaq. C.Baydenin bir neçə dəfə “çaşaraq” K.Harrisi prezident adlandırması isə ona işarə edir ki, qoca siyasətçi də bu tale ilə razılaşıb. Sadəcə ona ayrılan müddətin başa çatmasını gözləyir. Ona kimi isə C.Bayden çoxsaylı səhvlər etməli və cızılan planı yerinə yetirməlidir”. Göründüyü kimi proseslər bizim təxmin etdiyimiz istiqamətdə inkişaf etdi. Amma son nəticə noyabrın 5-dən sonra bəlli olacaq”.
İlk şərhi yaza bilərsiniz