BAYRAQDAR MEDİA – Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin ikinci kurs tələbələri “MARC formatları” fənni üzrə “Yazıların maşınla oxunan formata keçirilməsi” mövzusunda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) praktik dərsdə olublar.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.
Xəbərdə qeyd olunur ki, “fakültənin dosenti Rəşad Qardaşovun və kafedra müdiri Sevda Xələfovanın rəhbərliyi ilə tələbələr öncə MEK-in sərgi salonunda olublar, buradakı nəşrlərə baxış keçiriblər. Kitabxananın direktoru, Dos. Hüseyn Hüseynov gələcəyin mütəxəssislərinə kitabxana haqqında ətraflı məlumat verib, dövlət tərəfindən burada yaradılan yüksək şəraitdən danışıb”.
Sonra xəbərdə, “MEK-in Rəqəmsallaşdırma, innovasiya və elektron xidmətlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Oruc Quliyev tələbələrə kitabxananın fondu, elektron kataloq və kartoteka sistemi, oxuculara xidmət işi, sənəd dövriyyəsi, elektron resursları barədə ətraflı məlumat verib” deyə bildirilir.
Daha sonra MEK-lə yaxından tanış olan tələbələrə aidiyyəti şöbələrdə avtomatlaşdırılmanın əsas prinsipləri, nəzəri əsasları şərh olunub. Gənclər maşınla oxunan formatlar haqqında məlumatlandırılaraq iş prosesində birbaşa iştirak ediblər.
İlk şərhi yaza bilərsiniz