BAYRAQDAR MEDİA – Noyabrın 1-də Əl-Fərabi adına Qazaxıstan Milli Universitetində dünyanın ən nüfuzlu reytinq təşkilatlarından olan “QS” Beynəlxalq Reytinq Agentliyinin təşkilatçılığı ilə “QS Ali Təhsil Pre-sammiti: Asiya – Sakit Okean 2024” keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən (EATDA) daxil olub.
Xəbərdə deyilir ki, “pre-sammitin açılış panelində EATDA-nın direktoru Ülkər Səttarova Azərbaycan elm və ali təhsili barədə təqdimatla çıxış edib. Paneldə, həmçinin Azərbaycan ilə Orta Asiya ölkələri arasında cari əlaqələr müzakirə olunub və mümkün gələcək əməkdaşlıq perspektivləri vurğulanıb”.
Qeyd edək ki, Azərbaycanın 8 aparıcı ali təhsil müəssisəsinin nümayəndə heyəti ilə təmsil olunduğu pre-sammitin rəsmi açılış hissəsində Qazaxıstan Prezidentinin müşaviri, Qazaxıstanın elm və ali təhsil naziri, “QS” Beynəlxalq Reytinq Agentliyinin rəhbərliyi iştirak edib.
İlk şərhi yaza bilərsiniz