Press "Enter" to skip to content

ABŞ mətbuatında Niderlandı ifşa edən yazı

Son yeniləmə: 1 Noyabr 2024 11:44

BAYRAQDAR MEDİA – “Niderlandın müstəmləkə keçmişi Asiya, Afrika və Amerikada çoxsaylı xalqların əsarət altına alınması və istismarı, eləcə də onlara qarşı törədilmiş çoxsaylı cinayətlər ilə yadda qalıb. Niderland qəddar taktikalarla öz imperiyasını genişləndirməklə paralel olaraq insan haqları məsələsinin spekulyasiyası ilə də maraqlarını təmin etməyə üstünlük verib. Niderlandın inkişafı böyük hissəsi əsarət altındakı ölkələrin milli sərvətlərinin talanması nəticəsində baş verib”.

Bu barədə tanınmış politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru ReyçelAvraham baş qərargahı ABŞ-nin NyuYork şəhərində yerləşən Xarici Siyasət Assosiasiyasının xəbər saytında dərc olunmuş “Azərbaycan Niderlandın son qətnamələrinə cavab verir” sərlövhəli məqaləsində yazıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, müəllif qeyd olunan səbəbdəndünyanın müxtəlif xalqlarını asılı vəziyyətdə saxlamağa davam edən Niderlandın öz müstəmləkəçilik tarixinin ağır nəticələrini aradan qaldırmaq üçün səy göstərməsi barədə bəyanatını riyakarlıq kimi qiymətləndirib: “Bu yaxınlarda Niderland parlamenti tərəfindən qəbul olunmuş,Ermənistana və könüllü olaraq Qarabağdan köçmüş ermənilərə dəstək xarakterli iki qətnaməni qərəzli və ədalətsiz hesab edib. Məqalədə Niderland parlamentinin bu təşəbbüsündən sonra xarici işlər naziri KasparVeldkampın çıxışında həmin qətnamələri dəstəkləməsi, üstəlik Xankəndidəki keçmiş separatçı rejimlə əlaqəli şəxsləri və terrorçuları “hərbi əsir” adlandırması, onların azad olunmasına çağırış etməsi “zanbaqlar ölkəsi”nin ikili standartlar siyasətinin aşkar isbatı kimi səciyyələndirilib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.