Press "Enter" to skip to content

Yüksək Səviyyəli Görüşə hazırlıq məsələləri müzakirə olunub

Videokonfrans formatında görüş

Son yeniləmə: 31 Oktyabr 2024 09:43

BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri Mikayıl Cabbarov BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) Baş katibi Rebekka Qrinspan ilə videokonfrans formatında görüş keçirib.

Bu barədə BAYRAQDAR MEDİA-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “görüşdə COP29 çərçivəsində baş tutacaq iqlim maliyyəsi, investisiya və ticarət üzrə Bakı Təşəbbüsünə (BICFIT) dair Yüksək Səviyyəli Görüşə hazırlıq məsələləri müzakirə olunub. Bildirilib ki, BICFIT iqlim maliyyəsi, investisiya, ticarət və dayanıqlı inkişaf məsələlərini bir araya gətirərək qlobal sinerjinin təmin edilməsi istiqamətində əhəmiyyətli perspektiv vəd edir. İqlim maliyyəsinin inklüziv əsaslarla formalaşdırılması, özəl sektorun potensialından istifadə və qlobal dekarbonizasiya prosesində BICFIT çərçivəsində aparılacaq müzakirələr mühüm rol oynaya bilər”.

Görüşdə qeyd edilib ki, təşəbbüs dayanıqlı inkişafı dəstəkləmək, yaşıl şaxələndirməyə sərmayələri təşviq etmək və bu istiqamətdə beynəlxalq təcrübə mübadiləsi kimi mühüm məqsədləri ehtiva edir: “Qeyd edək ki, COP29 üzrə BMT-nin təsis etdiyi müvafiq Qlobal İşçi Qrupunda təmsil olunan BMT-nin Ticarət və İnkişaf Konfransı (UNCTAD) və BMT-nin İnkişaf Proqramı Azərbaycanın irəli sürdüyü BICFIT təşəbbüsü üzrə BMT tərəfindən əlaqələndirici rolunu oynayırlar”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.