Son yeniləmə: 31 Oktyabr 2024 09:40
BAYRAQDAR MEDİA – Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrində çalışan ocaqçılar üçün təşkil olunan təlimlər başa çatıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya qurumdan məlumat verilib.
Bildirilib ki, “BŞTİ-nin təşəbbüsü ilə “Azəristiliktəchizat” ASC-nin mütəxəssisləri tərəfindən keçirilən təlimlərdə paytaxtın 12 rayonu üzrə 300-ə yaxın ocaqçı iştirak edib. Təlim iştirakçılarına istilik sistemlərinin mövsümə hazırlanması, qazanxana avadanlıqları ilə davranış, əməliyyatçının vəzifələri, istilik sistemində aparılan sınaqlar, yanğına qarşı təhlükəsizlik qaydası və digər mövzular barədə ətraflı məlumat verilib. Həmçinin iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib, müvafiq mövzularla bağlı müzakirələr aparılıb”.
Qeyd edilib ki, təlimlərin keçirilməsinin əsas məqsədi qazanxanalarda əməyin mühafizəsinin təşkili, qurğuların təhlükəsizlik texnikası, yanğın təhlükəsizliyi və texniki istismar qaydalarının tələblərinə uyğun fəaliyyətinin təmin edilməsi ilə bağlı ocaqçıların bilik və bacarıqlarını artırmaqdan ibarətdir.
İlk şərhi yaza bilərsiniz