Son yeniləmə: 31 Oktyabr 2024 09:46
BAYRAQDAR MEDİA – Özbəkistanın İqtisadiyyat və Maliyyə Nazirliyi 2025-ci ildə subsidiyalar üçün nəzərdə tutulan xərcləri əks etdirən 2025-2027-ci illər üçün büdcə layihəsini açıqlayıb.
Bu barədə Kırım Haber Ajansı məlumat verib.
Bildirilib ki, “layihəyə görə, bu il subsidiyaların 28,9 trilyon somaya çatacağı və dövlət büdcəsi xərclərinin təxminən 9,1 faizini təşkil edəcəyi gözlənilir. Büdcə layihəsində ən böyük pay 12,3 trilyon somla enerji sektoruna məxsusdur”. Məlumata əsasən, bundan əlavə, bu büdcənin ilin sonuna kimi 16,2 trilyon somaya yüksələcəyi gözlənilir: “Enerji ilə yanaşı, digər sektorlara sosial-iqtisadi inkişaf, nəqliyyat və rabitə, ixracın təşviqi, kənd təsərrüfatı və məşğulluq daxildir. Bu sektorlar üçün müəyyən edilən subsidiyaların ümumi məbləği 28,3 trilyon soma çatacaq və dövlət büdcəsi gəlirlərinin 8,2 faizini təşkil edəcək”.
İlk şərhi yaza bilərsiniz