Press "Enter" to skip to content

MEK-in iclası keçirilib

Dos. Hüseyn Hüseynov

BAYRAQDAR MEDİA – AMEA-nın institut və müəssisələrində cari ildə aparılmış elmi-tədqiqat işlərinin yekunlarına dair AMEA Rəyasət Heyətinin 21 oktyabr 2024-cü il tarixli qərarından irəli gələn tapşırıqları müzakirə etmək məqsədi ilə Mərkəzi Elmi Kitabxanada (MEK) müşavirə keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.

Xəbərdə qeyd edilir ki, “MEK-in direktoru, Dos. Hüseyn Hüseynov kitabxananın qarşısına qoyulan vəzifə və öhdəliklərdən danışıb, həmçinin innovativ kitabxana olaraq dünya elminin müasir çağırışları nəzərə alınaraq ölkəyə və cəmiyyətə fayda gətirə biləcək sahələrin inkişafına MEK-in dəstək verməli olduğunu bildirib”.

Daha sonra AMEA Rəyasət Heyətinin qərarına əsasən MEK-in strukturunda edilən dəyişiklik nəzərə çatdırılıb. Elmi idarəetmə sahəsi üzrə yeni innovativ idarəetmə mexanizmlərinin tətbiqinə, kadrların potensialından daha səmərəli istifadə etmək məqsədi ilə əlavə maliyyə vəsaiti tələb etmədən, daxili imkanlar hesabına yaradılan yeni sektor və şöbələrin tərkibi müəyyənləşdirilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.