BAYRAQDAR MEDİA – İctimai Televiziyanın efirində Avrokubok həyəcanı davam edir. Növbəti həftə daha 3 oyun futbol həvəskarlarına təqdim olunacaq. Azərbaycanı UEFA Avropa Liqasında təmsil edən “Qarabağ”ın Liqa mərhələsinin 4-cü turundakı qarşılaşması da bu sırada olacaq. Noyabrın 7-si saat 21:45-də Ağdam təmsilçisinin Norveçdə “Budo Qlimt” klubu ilə görüşü İctimai TV-nin canlı efirində yayımlanacaq.
Qeyd edək ki, “Qarabağ”ın Yunanıstanın “Olimpiakos” klubuna qarşı mərhələnin son matçının da yayım hüququ İctimai TV-yə məxsusdur.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya İTV-dən daxil olub.
İlk şərhi yaza bilərsiniz