Son yeniləmə: 31 Oktyabr 2024 10:36
Kolumbiya mətbuatında Azərbaycanın COP29-a ev sahibliyindən bəhs edilib
BAYRAQDAR MEDİA – Kolumbiyanın tanınan Primacia qəzetində “COP29: planetimizin yaşaması üçün” başlıqlı məqalə dərc edilib. Məqalədə COP29-un iqlim dəyişikliklərinin təsirlərinin aradan qaldırılması baxımından qlobal əhəmiyyət daşıması, ölkəmizin bu istiqamətdə mühüm beynəlxalq aktorlardan birinə çevrilməsinə diqqət çəkilir.
Bu barədə BAYRAQDAR MEDİA-ya Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.
Məlumata görə, məqalədə qeyd olunur ki, Azərbaycan neft-qaz ixracatçılarından biri hesab olunsa da, ölkədə yaşıl iqtisadiyyat siyasəti son illərdə uğurla inkişaf etdirilməkdədir və COP29 Azərbaycanın bərpa olunan enerjidən istifadə, karbon emissiyalarının azaldılması və ətraf mühitin mühafizəsi sahəsində əldə etdiyi uğurları beynəlxalq ictimaiyyət ilə bölüşməsi üçün yaxşı bir fürsət olacaqdır: “Məqalədə dünyanın ən uğurlu liderlərindən biri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsinin adi hala çevrildiyi və COP29-da da bəşəriyyətin gələcəyi üçün xüsusi əhəmiyyət kəsb edən məsələlərin müzakirə ediləcəyi bildirillir. Eyni zamanda, Kolumbiya hökumətinin iqlim dəyişikliyi və ətraf mühit məsələlərinə ciddi əhəmiyyət verdiyi və COP29 çərçivəsində bütün dünyanı təhdid edən çağırışlara qarşı digər ölkələrlə birlikdə ortaq cavab axtarışında olacağı qeyd olunur”.
Kolumbiyali jurnalist Roberto Trobaxonun sözügedən məqaləsi həmçinin bir neçə digər yerli mətbu orqanlarında dərc olunub.
İlk şərhi yaza bilərsiniz