Son yeniləmə: 30 Oktyabr 2024 09:40
BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu regionlarda ictimai dinləmələr keçirməkdə davam edir.
Bu barədə Fonddan məlumat verilib.
Məlumata görə Fond tərəfindən budəfəki ictimai dinləmə “Uşaq Hüquqları Aylığı” çərçivəsində təşkil olunub: “Saatlı rayonunda keçirilmiş ictimai dinləmədə Sabirabad və Saatlıdan olan ictimaiyyət nümayəndələri iştirak ediblər. Görüşdə əvvəlcə Fondun fəaliyyət istiqamətləri və uşaqların sosial təminat hüquqları barədə məlumat verilib. Vurğulanıb ki, bu gün ölkəmizdə uşaqlar Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddəsi ilə müəyyən edilmiş sosial təminat hüququ ilə əhatə olunur. Bu baxımdan uşaqlara dair sosial ödənişlər, güzəştlər və imtiyazlar mövcuddur. Eləcə də DSMF tərəfindən uşaqlara görə bir sıra sosial ödənişlər həyata keçirilir”.
Xəbərdə həmçinin “sonra vətəndaşların sosial təminat hüquqları, xüsusi ilə pensiya və sosial müavinətlərin təyin olunmasında tətbiq edilən yeniliklər, operativliyin, əlçatanlığın və şəffaflığın təmin olunması istiqamətində görülən işlər barədə məlumat verilib. Fondun nümayəndələri pensiya və sosial müavinətlər, eləcə də əlilliyi müəyyən edilmiş şəxslərə təyin olunan Prezident təqaüdü ilə bağlı təqdimatlarla çıxış ediblər. Bu ödəniş növlərinin mahiyyəti, bir-birindən fərqi də ətraflı izah olunub. Dinləmədə iştirakçıları maraqlandıran suallar cavablandırılıb və ictimai dinləmələrin keçirilməsinin əhəmiyyəti vurğulanıb” deyə qeyd edilib.
İlk şərhi yaza bilərsiniz