Press "Enter" to skip to content

Göbeklitepe yenidən dünyanın diqqət mərkəzində

Açılış zamanı

Son yeniləmə: 30 Oktyabr 2024 13:00

Gökhan Yazgı: “Göbeklitepe və onun daxil olduğu daha geniş Taş Tepeler bölgəsi insanlığın yaratdığı ilk monumental quruluşları təqdim edir

BAYRAQDAR MEDİA – Türkiyənin qədim bölgəsi olan Şanlıurfa şəhərində yerləşən Kolizey Arxeologiya Parkı daha bir möhtəşəm tədbirə ev sahibliyi edir.
Türkiye Turizm Tanıtım ve Geliştirme Ajansından (TGA) BAYRAQDAR MEDİA-ya verilən məlumatda belə deylir.

Dünyanın ən qədim və heyranedici arxeoloji yerlərindən biri olan Şanlıurfa

Məlumata görə, dünyanın ən qədim və heyranedici arxeoloji yerlərindən biri olan Şanlıurfa şəhərini kəşf edəcək tədbir – “Göbeklitepe: Müqəddəs Bir Məkanın Sirri” sərgisinin açılışı olub: “Sərgi 25 oktyabr 2024 – 2 mart 2025 tarixləri arasında Kolizeydə hər kəs üçün açıq olacaq və sivilizasiyanın başlanğıcına dair əvəzolunmaz bir töhfə verəcək. 24 oktyabr 2024-cü il tarixində Kolizeydə keçirilən açılış mərasimində tanınmış qurumların rəhbərləri iştirak ediblər”.

11 min ildən daha qədim olan Neolitik dövrə aid Göbeklitepe

Məlumata əsasən, Türkiyənin Mədəniyyət və Turizm nazirinin müavini Gökhan Yazgı və Kolizey Arxeologiya Parkının direktoru Alfonsina Russo, bu beynəlxalq mədəni əməkdaşlığın əhəmiyyətini vurğulayaraq sərgini açıq elan ediblər: “Tədbirin əsas məqsədi İtaliya və Türkiyə arasında əməkdaşlığın dünya arxeoloji irsinin tanıdılması və qorunması sahəsindəki dəyərini nümayiş etdirmək idi. 11 min ildən daha qədim olan Neolitik dövrə aid Göbeklitepe, insanlıq tərəfindən inşa edilmiş ən qədim monumental quruluş kimi qəbul edilir. Bu, insanlıq tarixi və ovçu-toplayıcı cəmiyyətlərdən oturaq, əkinçilik əsaslı cəmiyyətlərə keçid anlayışımızı köklü şəkildə dəyişdirmişdir. Sirli simvollar və heyvan fiqurları ilə bəzədilmiş möhtəşəm “T şəklində” sütunlar, erkən insan icmalarının və onların rituallarının mürəkkəbliyini nümayiş etdirir”.

Məlumata əsasən, sərginin açılış mərasimində Türkiyə Mədəniyyət və Turizm nazirinin müavini Gökhan Yazgı bildirib: “Göbeklitepe və onun daxil olduğu daha geniş Taş Tepeler bölgəsi insanlığın yaratdığı ilk monumental quruluşları təqdim edir. Müxtəlif tikinti strukturları ilə bu ərazi, insanlıq tarixinin ən mühüm dəyişikliklərindən biri olan oturaq həyata keçidin başlanğıcına şahidlik edir. Bu bölgədən tapılan bəzi nümunələri başqa bir möhtəşəm insan irsi olan məşhur Kolizeydə sərgiləməkdən məmnunuq. İnsanlığın tarixi irsini tanıtmaq və qorumaq istiqamətində göstərdikləri səylərə görə İtalyan həmkarlarımıza səmimi təşəkkür edirəm”.

Qeyd edilib ki, sərgi, ziyarətçilərə zəngin multimedia məzmunu və 3D yenidənqurma vasitəsilə unikal və maraqlı bir təcrübə təqdim edəcək, onlara bu qədim sivilizasiyanın həyatına dalmaq imkanı yaradacaq: “Göbeklitepedən müxtəlif artefaktlar, monumental sütunların reproduksiyaları və sahədəki dairəvi komplekslərin detallı yenidənqurmaları da daxil olmaqla, ən son vizuallaşdırma texnologiyalarından istifadə edilərək nümayiş olunacaq. Sərgi, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi və Türkiyənin Roma səfirliyinin əməkdaşlığı ilə, Alfonsina Russo, Roberta Alteri, Daniele Fortuna və Federica Rinaldi kimi İtalyan və beynəlxalq mütəxəssislərdən ibarət bir komanda tərəfindən kurasiya edilmişdir. Bu təşəbbüs, dünya arxeoloji irsinin qorunması mövzusunda ictimaiyyətdə məlumatlılığı artırmaq üçün təşkil edilən beynəlxalq mədəni tədbirlərin bir hissəsidir”.

Sərgi virtual turlar və videolar kimi interaktiv məzmunlar da təqdim edir

Xəbərdə daha sonra deyilir: “Türkiyədən birbaşa Kolizeyə gətirilən əsərlərə əlavə olaraq, sərgi ziyarətçilərə saytın müxtəlif perspektivlərdən kəşf edilməsinə imkan tanıyan virtual turlar və videolar kimi interaktiv məzmunlar təqdim edir. Tədbirdə həmçinin beynəlxalq arxeologiya və incəsənət tarixi mütəxəssislərinin iştirakı ilə tematik konfranslar və seminarlar keçiriləcək. 2018-ci ildə UNESCO Dünya İrs Siyahısına daxil edilən Göbeklitepe, dinin və monumental memarlığın köklərinə dair unikal görüntülər təqdim edərək dünya üzrə arxeoloqları marağını cəlb etməyə davam edir. Kolizeydəki sərgi, İtalyan xalqının daha əvvəl qəbul olunmuş bir çox tarixi anlayışı yenidən yazan bu kəşflə əlaqə qurması üçün ən əhəmiyyətli fürsətlərdən biridir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.