Press "Enter" to skip to content

Daşkəsəndə Zəfər Günü ilə bağlı tədbir

Füzuli İsmayılov çıxış edərkən

Son yeniləmə: 30 Oktyabr 2024 11:57

Füzuli İsmayılov: Sabahın əsgəri olacaq çağırışçıların fiziki və psixoloji statuslarının yüksək səviyyədə saxlanılmasının qarşıda duran əsas vəzifələrdən biri

BAYRAQDAR MEDİA – Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) təşkilatçılığı, Daşkəsən rayon İcra Hakimiyyətinin dəstəyi ilə 8 noyabr – Zəfər Günü ərəfəsində Daşkəsən şəhərində yerləşən Anar Mürsəlov adına 2 saylı tam orta məktəbdə tədbir keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət Xidmətindən məlumat verilib.

Məlumata görə, “Vətənpərvər Azərbaycan gəncliyi – bu günün və sabahın qurucusu: zərərli vərdişlərə YOX deyir” mövzusunda keçirilən görüşdə Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, Vətən Müharibəsi iştirakçıları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məktəblilər və digər nümayəndələr iştirak ediblər.

Tədbir zamanı
Tədbir zamanı

Tədbirdə çıxış edən SHXÇDX-nin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov müharibə zamanı gənclərin vətənpərvərliyindən danışıb. O, qeyd edib ki, sabahın əsgəri olacaq çağırışçıların fiziki və psixoloji statuslarının yüksək səviyyədə saxlanılmasının qarşıda duran əsas vəzifələrdən biridir.

Çıxış zamanı, həmçinin yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli vərdişlərdən uzaqlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib.
Məlumatda daha sonra “Vətən müharibəsi iştirakçısı, baş leytenant Ceyhun Əliyev isə 44 günlük Vətən müharibəsi ilə bağlı xatirələrini bölüşüb, gənclərə dəyərli tövsiyələr verib. Tədbirin sonunda məktəblilərin sualları cavablandırılıb və onların iştirakı ilə səhnələşdirilən vətənpərvərlik mövzusunda olan ədəbi-bədii kompozisiya nümayiş olunub” deyə qeyd edilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.