Son yeniləmə: 30 Oktyabr 2024 12:01
BAYRAQDAR MEDİA – “YAŞAT” Fondu tərəfindən müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə işlər davam etdirilir.
Bu barədə BAYRAQDAR MEDİA-ya “ASAN xidmət”dən məlumat verilib.
Bildirilib ki, “2-ci qrup Vətən müharibəsi əlili Səfərli Xəyal Mübariz oğluna İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icbari tibbi sığorta üzrə xidmətlər zərfində yer almayan artrodez əməliyyatı icra edilib. Əməliyyat xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb. “YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının Hesabatlar (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə edə bilərsiniz”.
İlk şərhi yaza bilərsiniz