Son yeniləmə: 30 Oktyabr 2024 09:16
BAYRAQDAR MEDİA – Bolqarıstanda keçirilən növbədənkənar parlament seçkilərindən sonra yeni hökumət arayışları başlayıb. Bu arada Bolqarıstan türklərinin aparıcı siyasi liderlərindən biri Ahmet Doğanın sədrlik etdiyi DPS mətbuat vasitəsilə çağırış edib.
Radio Bolqarıstan xəbər verir ki, çağırışda parlamentdəki bütün qüvvələrin konstruktiv dialoq və sabit hökumət kabineti qurmaq üçün fəallıq göstərməsi istənilib.
A.Doğanın liderlik etdiyi DPS Delyan Peevski rəhbərlik etdiyi siyasi qüvvədən başqa bütün qüvvələrlə yeni hökumətin qurulması üçün əməkdaşlıq etməyə hazır olduğunu bəyan edib.
İlk şərhi yaza bilərsiniz