Press "Enter" to skip to content

Azərbaycan xalq nağılları Türkiyədə çap olunub

Azerbaycan Masalları

BAYRAQDAR MEDİA – Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycanın bir sıra xalq nağılları türk dilinə uyğunlaşdırılaraq Ankarada “Azərbaycan masalları” adı altında çap olunub.

Bu haqda Mədəniyyət Nazirliyinin yaydığı xəbərdə bildirilir.

Xəbərdə deyilir ki, “kitabda “Tıq-tıq xanım”, “Cırtdan”, “Şəngülüm, Şüngülüm, Məngülüm”, “Keçəl”, “Göyçək Fatma”, “Ovçu Pirimin nağılı”, “Sehrli xalça”, “Təpəgözün nağılı”, “Məlikməmməd”, “Tülkü, tülkü, tünbəki” və s. xalq nağılları yer alıb. Kitabın tərtibçisi Türkiyədə yaşayan azərbaycanlı alim, kulturoloq Mətanət Hüseynova, nağıllara çəkilmiş illüstrasiyaların müəllifi tanınmış uşaq rəssamı Nüşabə Küçükdür”

Qeyd edək ki, şifahi xalq ədəbiyyatının əsas janrlarından olan nağıllar Azərbaycanın milli-mənəvi sərvətidir və onlar xalqın nə qədər qədim ənənələrə, zəngin dünyagörüşünə malik olduğunun göstəricisidir. Nağıllar uşaqların estetik zövqünün və dünyabaxışının formalaşmasında da əhəmiyyətli rol oynayır.

Bildirək ki, Azərbaycan xalq nağıllarının dünya dillərinə tərcüməsi, nəşri və təbliği məqsədi ilə Mədəniyyət Nazirliyi xarici ölkələrdəki Azərbaycan Mədəniyyət mərkəzləri ilə davamlı iş aparır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.