BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) tərtibatında tanınmış ictimai xadim, akademik Ziya Musa oğlu Bünyadovun biblioqrafik göstəricisi çapdan çıxıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.
Xəbərdə qeyd olunur ki, “göstərici Azərbaycan Prezidentinin Sərəncamını əsas tutaraq AMEA Rəyasət Heyətinin qərarı ilə görkəmli tarixçi və şərqşünas alim, akademik Ziya Bünyadovun 100 illik yubileyi münasibəti ilə tərtib edilib. Nəşrə alimin həyatı, elmi və ictimai fəaliyyətinin əsas tarixləri, son dövrlərdə alimin yenidən nəşr olunmuş kitabları, onun haqqında çap olunmuş məqalələr, o cümlədən akademik Gövhər Baxşəliyevanın alim haqqında yenidən işlənmiş oçerki də daxil edilib. Biblioqrafik göstəricinin elmi redaktoru akademik G.Baxşəliyeva, MEK-in direktoru texnika elmləri üzrə fəlsəfə doktoru, Dos. Hüseyn Hüseynov, redaktoru filologiya üzrə fəlsəfə doktoru, Dos. Şəhla Quliyeva, tərtibçiləri Nərgiz Novruzova və Zemfira Qurbanovadır”.
Qeyd edək ki, bu göstərici alim haqqında tərtib edilən sayca beşinci biblioqrafik göstəricidir. İlk iki biblioqrafiyanı alimin sağlığında “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyası altında MEK tərtib edib.
İlk şərhi yaza bilərsiniz