Son yeniləmə: 29 Oktyabr 2024 12:03
BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət-Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ölkəmizə gətirilərək reabilitasiya xidmətləri göstərilən ukraynalı uşaqların Azərbaycan Milli Xalça Müzeyinə ekskursiyası təşkil olunub.
Bu barədə BAYRAQDAR MEDİA-ya Nazirlikdən məlumat verilib.
Bildirilib ki, “Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Yuri Qusev də uşaqlarla birgə Azərbaycan milli xalça sənətinin bədii incilərilə tanış olub. Onlara milli irsimizin nümunələri barədə geniş məlumat verilib. Qeyd edək ki, Agentliyin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində yerləşdirilən uşaqların 10 günlük sosial reabilitasiya proqramı çərçivəsində emosional vəziyyətlərinin stabilləşməsinə dəstək göstərilir”.
Məlumata görə, bundan əvvəlki 6 qrupla birlikdə ümumilikdə 200-dən çox ukraynalı uşaq ölkəmizə gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilib.
İlk şərhi yaza bilərsiniz