Son yeniləmə: 29 Oktyabr 2024 09:34
BAYRAQDAR MEDİA – Bolqarıstanda oktyabrın 27-də növbədənkənar parlament seçkiləri keçirilib. Seçkilərədn sonra Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrinə əsasən, səslərin 100 faizinin hesablanmasına əsasən 51-ci Xalq Məclisinə 8 siyasi qurum daxil olur.
Bu barədə Radio Bolqarıstan məlumta yayıb.
Məlumata görə, ilkin nəticələrə əsasən GERB-SDS 26,39, PP-DB 14,20, “Vazrajdane” 13,36, “DPS – Novo Naçalo” 11,55, “BSP – Obedinena Levitsa” 7,57, “Alians za prava i svobodi” 7,48, “İma Takav Narod” 6,78, MEÇ isə 4,60 faiz səs alıb.
Məlumatda deyilir ki, 3,99 faiz səs alan “Veliçie” 4 faizlik seçki baryerini keçə bilməyib.
İlk şərhi yaza bilərsiniz