Press "Enter" to skip to content

“Nar” inklüziv cəmiyyətə dəstək olmağa davam edir

Layihənin icrası zamanı

Son yeniləmə: 29 Oktyabr 2024 09:37

BAYRAQDAR MEDİA – Sərfəliliklə yanaşı, sosial layihələrə də böyük önəm verən “Nar” “Bütün Vücudlar Danışır” sosial-mədəni layihəsini dəstəkləyir.

BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, “DanceAbility” Azərbaycan sosial müəssisəsi tərəfindən təşkil edilən bu layihə “Nar”ın dəstəyi ilə ESG (Ətraf mühit, sosial məsuliyyət və korporativ idarəetmə) prinsiplərinə uyğun olaraq, inklüziv cəmiyyətin inkişafını təşviq edir: “Bu təşəbbüslə “Nar” əlilliklə bağlı stereotipləri aradan qaldırır və inklüziv cəmiyyətin qurulmasına öz töhfəsini verir. Bir il ərzində davam edəcək “Bütün Vücudlar Danışır” layihəsi 800-dən çox iştirakçıya xidmət göstərməyi planlaşdırır. Layihədə fərqli yaş qruplarından əlilliyi olan və olmayan şəxslər, qazilər, aztəminatlı ailələr və internat məktəblərinin şagirdləri iştirak edəcək.Layihənin əsas məqsədi, cəmiyyətin həssas və qeyri-həssas qruplarını bir araya gətirib onların fiziki və emosional rifahını yaxşılaşdırmaq, sosial bacarıqlarını inkişaf etdirmək və yeni dostluqlar yaratmaqdır. Layihədə iştirak etmək istəyənlər bu linkə keçid edərək qeydiyyat formasını doldura bilərlər”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.