Press "Enter" to skip to content

MeksikadaCOP29-a həsr edilmiş tədbir

Tədbir zamanı

Son yeniləmə: 29 Oktyabr 2024 09:18

BAYRAQDAR MEDİA – MeksikadaCOP29-a həsr edilmiş tədbir keçirilib. Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov Meksika Mühəndis Həmkarlar İttifaqı Milli Birliyinin (Unidad Nacional de Asociaciones de İngenieros) təşkilatçılığı ilə təşkil edilmiş tədbirdə ölkəmizin COP29-a ev sahibliyi mövzusu ilə məruzəçi kimi çıxış edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya səfirlikdən məlumat verilib.

Bildirilib ki, “Meksikanın Ətraf Mühit və Təbii Sərvətlər naziri Alisia Barsenanın iştirakı ilə keçirilən tədbirdə çıxış edən səfir ilk öncə bu gün bir daha beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizin artan rolunun sübutu kimi bütün ölkələrin yekdil dəstəyi ilə ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29- a ev sahibi seçilməsini məmnunluqla xatırladıb. Bunun bəşəriyyətin ən mühüm problemlərdən biri olan iqlim dəyişikliyi ilə bağlı milli, regional və qlobal səviyyədə mübarizə səylərində Azərbaycanın liderliyinin bariz nümunəsi olduğunu bildirib”.

Məlumata görə, diplomat Azərbaycan yaşıl inkişafı əsas inkişaf prioritetinə çevirdiyini qeyd edib. Səfir cari ilin “Yaşıl Dünya üçün Həmrəylik İli” elan edildiyini, bu gün Azərbaycanın yaşıl enerjiyə keçiddə regional lider olduğunu, son illərdə ölkə daxilində yaşıl layihələrə üstünlük verildiyini deyib. M.Talıbov, həmçinin azad edilmiş ərazilərdə ağıllı şəhərlər və kəndlər yaradılması istiqamətində böyük işlər görüldüyünü, Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının, habelə Naxçıvan Muxtar Respublikasının 2050-ci ilə qədər xalis sıfır emissiya zonaları olacağını, 2030-cu ilə qədər isə ölkənin ümumi enerji balansında bərpa olunan enerji üzrə qoyuluş gücü payının ən azı 30 %-ə çatdırılacağını vurğulayıb.

Səfir COP29 sədrliyi çərçivəsində ölkəmiz tərəfindən irəli sürülən bir sıra təşəbbüslərdən də bəhs edib. M.Talıbov, bu təşəbbüslərin əsas məqsədinin iqlim fəaliyyətini irəlilətmək, maraqlı tərəflərin fəal iştirakını təşviq etmək və iqlim dəyişikliklərinə qarşı mübarizə ilə bağlı ambisiyaları artırmaq, bu mövzu üzrə fəaliyyətə təkan vermək olduğunu vurğulayıb. Bu xüsusda həm hökumət, həm də qeyri-hökumət təşkilatlarını COP29 sədrliyi tərəfindən irəli sürülmüş bu qlobal təşəbbüslərə qoşulmağa çağırış edib.

Tədbirdə çıxış edən Meksika Ətraf Mühit və Təbii Sərvətlər naziri A.Barsena Meksika hökumətinin iqlim dəyişikliyi ilə bağlı gördüyü işlər və COP29-dan gözləntilər barədə danışıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.