Son yeniləmə: 29 Oktyabr 2024 13:31
BAYRAQDAR MEDİA – Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində Beynəlxalq Məktəb Kitabxanaları Günü ilə əlaqədar tədbirlər keçirilir.
İdarədən verilən məlumata görə tədbirlərdə şagirdlərin mütaliəyə diqqətinin artırılması, yeniyetmə və gənclərin oxu vərdişlərinin daha da inkişaf etdirilməsi və kitabın həyatımızın bütün sahələrinə daxil olmasında kitabxanaların rolundan bəhs olunur: “UNESCO-nun təşəbbüsü ilə təsis edilmiş Beynəlxalq Məktəb Kitabxanaları Gününün yaranma tarixi və əhəmiyyəti şagirdlərin diqqətinə çatdırılır, kitab oxumağın faydalarından bəhs olunur. Həmçinin təhsilalanlara məktəb kitabxanası və onun fondu haqqında geniş məlumatlar verilir, məktəblilər öz yaş qruplarına uyğun kitablarla daha yaxından tanış olmaq imkanı qazanırlar. Tədbirlərdə kitabxana və kitabların yaranması, kitab çapı, kitabxanaların keçdiyi inkişaf yolu barədə fikir mübadiləsi aparılır”.
İlk şərhi yaza bilərsiniz