Son yeniləmə: 29 Oktyabr 2024 10:41
BAYRAQDAR MEDİA – Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Beyləqan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə növbəti toxum sərgi-satış yarmarkası və Aqrar Biznes Festivalı Beyləqanda keçirilib. Nazirlikdən verilən məlumata görə, tədbir toxum bazarını və yerli toxumçuluğu inkişaf etdirmək, payızlıq əkinlər ərəfəsində fermerlərin sertifikatlaşmış, iqlimə uyğun, keyfiyyətli toxuma əlçatanlığının təmin edilməsi məqsədilə
Məlumatda deyilir ki, festivala İmişli, Saatlı, Sabirabad, Beyləqan rayonlarından fermerlər qatılıblar: “Toxum sərgi-satış yarmarkasında yerli toxum istehsalçıları, toxum istehsalı və satışı ilə məşğul olan iri şirkətlər, həmçinin festivalın ənənəsinə uyğun olaraq kənd təsərrüfatının digər sahələri üzrə ixtisaslaşmış özəl şirkətlər iştirak ediblər. Beyləqan Rayon İcra Hakimiyyətinin qarşısında keçirilən festivalda Kənd Təsərrüfatı Nazirliyi eləcə də digər dövlət qurumları iştirak edərək öz xidmətləri barədə fermerləri məlumatlandırıblar”.
Məlumata əsasən, festivalda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) təşəbbüsünün prioritetlərinə uyğun olaraq məhsullar sərgilənib: “Festival çərçivəsində Beyləqan rayonunda “Mil-Muğan iqtisadi rayonunun aqrar sektorunun gələcək inkişaf perspektivləri” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada iqtisadi rayonun prioritet istiqamətlərindən olan pambıqçılıq sahəsi üzrə “Pambıqçılıqda innovativ texnologiyalar: mövcud vəziyyət və qarşıda duran vəzifələr” mövzusunda müzakirələr aparılıb”.
İlk şərhi yaza bilərsiniz