Press "Enter" to skip to content

ABŞ Dinlərarası Qonşuluq Şəbəkəsinin üzvləri Aİİ-də

Görüşdən görüntü

BAYRAQDAR MEDİA – Azərbaycanda səfərdə olan ABŞ-nin Dinlərarası Qonşuluq Şəbəkəsinin üzvlərindən ibarət nümayəndə heyəti Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) olub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Aİİ-nin mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “Aİİ rektoru, Dos. Aqil Şirinov qonaqlara Azərbaycanda mövcud olan birgəyaşayış ənənəsi, tolerantlıq mühiti barədə məlumat verib. Ali müəssisə rəhbəri Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını vurğulayaraq Azərbaycan dövlətinin ölkədəki ənənəvi dini qruplara daim qayğı ilə yanaşdığını qeyd edib. A.Şirinov Aİİ haqqında geniş məlumat verib. O, İnstitutda mövcud ixtisaslar, təhsil səviyyələri barədə bəhs edib, Aİİ-də tədrisin məzhəblərüstü aparıldığını diqqətə çatdırıb”.

Daha sonra xəbərdə, “Dinlərarası Qonşuluq Şəbəkəsinin həmtəsisçisi, Qlobal Məsələlər İnstitutunun prezidenti və Texasdakı Nortvud kilsəsinin baş pastoru Bob Roberts təmsil etdiyi təşkilat haqqında geniş məlumat verib. O, dünyada radikallığın artdığı müasir dövrdə Azərbaycanın tolerantlıq baxımından müsbət təcrübə yaratdığını söyləyib, bu praktikanın öyrənilməsinin vacib olduğunu bildirib” deyə bildirilir.

Görüşdə əməkdaşlıq istiqamətləri müzakirə olunub

Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə Dinlərarası Qonşuluq Şəbəkəsinin həmtəsisçisi, Qlobal Məsələlər İnstitutunun prezidenti və Texasdakı Nortvud kilsəsinin baş pastoru B.Roberts, Qlobal Məsələlər İnstitutunun vitse-prezidenti Ceyms Çen, “Microsoft” Korporasiyasının xarici əlaqələr üzrə baş direktoru, dini azadlıq məsələləri üzrə xristian beyin mərkəzi olan Qlobal İştirak İnstitutunun baş elmi işçisi Suheyl Xan Berkli, Daniel Lenqford daxildir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.