Son yeniləmə: 29 Oktyabr 2024 09:28
BAYRAQDAR MEDİA – Özbəkistanda Ali Məclisin (parlamentin) Qanunvericilik Palatasına və yerli şuralara seçkilərdə səsvermə başa çatıb.
Bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Seçki məntəqələri saat 20:00-da bağlanıb və səslərin hesablanması başlayıb.
Yekun seçici fəallığı və seçkilərin nəticələri ilə bağlı ilkin məlumatlar oktyabrın 28-də açıqlanacaq.
Qeyd edək ki, bu il keçirilən parlament seçkiləri ölkənin yeni konstitusiyasının qəbulundan sonra keçirilən ilk seçkilərdir. Özbəkistan Liberal Demokrat Partiyası (UzLiDeP), Özbəkistan Xalq Demokratik Partiyası (ÖXDP), Özbəkistanın “Milliy Tiklanish” Demokratik Partiyası (“Milli Dirçəliş”), “Adolat” Sosial Demokrat Partiyası (“Ədalət”) və Ekologiya Partiyasından ümumilikdə 875 namizəd 150 yer uğrunda mübarizə aparıb.
Məlumat üçün bildirək ki, 2023-cü ildə edilən dəyişikliklərin ardınca bu seçkilərdə qüvvəyə minən yeni seçki qanunu Özbəkistan Ali Məclisinə seçkiləri majoritar və proporsional sistemə uyğun təşkil edir. Seçkilərdə 75 rayondan 75 deputat majoritar sistemlə, 75 deputat isə proporsional seçki sistemi ilə seçiləcək. Proporsional sistem üzrə 500, majoritar sistem üzrə isə 375 namizəd mübarizə aparır.
İlk şərhi yaza bilərsiniz