Press "Enter" to skip to content

Kitab tanıtma: “Müdriklik dərsləri”

Müdriklik dərsləri

Son yeniləmə: 28 Oktyabr 2024 10:44

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) olan nəşrlərdən biri də siyasi elmlər üzrə fəlsəfə doktoru, Milli Məclisin deputatı Aydın Mirzəzadənin “Müdriklik dərsləri” (II hissə) kitabıdır.

Fəttah Heydərovun kitaba yazdığı “ön söz”də deyilir: “Müdriklik insanların bütün tarix boyu əldə etdiyi ən əhəmiyyətli dəyər hesab edilir. Bu tək bir millətə, bir dövrün insanlarına aid olmayıb, ümumilikdə bütün bəşəriyyətin qazancıdır. Bu səbəbdən də, zaman keçdikcə müdriklik dəyəri daha da zənginləşir və bu xəzinənin daima böyüyəcəyinə qətiyyən şübhə qalmır. Müdriklik hüquqdan geniş və nüfuzlu bir anlayış sayılır. Hüququn özünü də məhz müdriklik yaradır. Çünki müdriklik fəlsəfəsinin əsas məqsədi insanı qorumaq, insana dəyər verməkdir. Məhz bu yanaşma insanları həyatın hər anından nəticə çıxarmağa, bir-birini qorumağa, ehtiyacı olana dəstək verməyə sövq edir. Azərbaycan xalqı həmişə müdrikliyə dəyər verən xalq olub. Tarixən xalqımızın dəyərli dövlət və elm xadimləri, qüdrətli söz ustadları olub, müdriklik düşüncəsi qorunub saxlanılıb. Bu səbəbdən də, həmişə dəyərli sözün qiyməti olmuş, tarixi köklərimiz qorunub saxlanıb, müasirliklə ümumi axarda olub. “Müdriklik dərsləri” kitabının ikinci hissəsində də əvvəlki kimi məhz yuxarıda deyilən amillər əsas götürülüb. İnanıram ki, kitab hər bir kəsə axtardığı həyat suallarının əksəriyyətinə cavab tapmağa yardımçı olacaq”.

2016-cı ildə nəşr edilmiş kitabın redaktorları Rauf Cəfərov, Elnarə Səmədova, rəssamı Nazim Rzaquliyevdir. Nəşrin kompüter işləri isə Nüsrət Quliyevə məxsusdur.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.