Press "Enter" to skip to content

“Gənc hüquq müdafiəçiləri” müsabiqəsi davam edir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi

Son yeniləmə: 28 Oktyabr 2024 15:14

BAYRAQDAR MEDİA – “Gənc hüquq müdafiəçiləri” müsabiqəsinin dörddəbir və ikidəbir mərhələləri keçirilib.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, “Bakı şəhəri Nəsimi və Sabunçu rayon və Appelyasiya məhkəmələrində hakimlərin iştirakı ilə keçirilən səhnələşdirilmiş məhkəmə müsabiqəsində 8 komanda iddiaçı və cavabdeh kimi çıxış edib. Nəticədə 193 nömrəli tam orta məktəb, Məktəb-Lisey Kompleksi, Tərəqqi və 291 nömrəli Ekologiya liseylərinin şagirdlərindən ibarət komandalar finala vəsiqə qazanıblar. Müsabiqənin final turu Azərbaycan Respublikası Ali Məhkəməsində keçiriləcək”.

Məlumata görə, “Gənc hüquq müdafiəçiləri” müsabiqəsinin dörddəbir və ikidəbir mərhələlərini Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Avropa Hüquqşünas Tələbələr Assosiasiyası-Bakı İctimai Birliyinin (“ELSA Azərbaycan”) və “Femida Könüllüləri” Təşkilatı İctimai Birliyinin nümayəndələri izləyiblər: “Qeyd edək ki, BŞTİ-nin Avropa Hüquqşünas Tələbələr Assosiasiyası-Bakı İctimai Birliyi (“ELSA Azərbaycan”) və “Femida Könüllüləri” Təşkilatı İctimai Birliyi ilə birgə əməkdaşlığı çərçivəsində keçirilən müsabiqədə idarənin tabeliyindəki ümumi təhsil müəssisələrinin X-Xl sinif şagirdləri və hüquq ixtisası üzrə təhsil alan tələbələr iştirak edir. Müsabiqə gənc nəslin qanuna hörmət ruhunda formalaşdırılması, vətəndaş cəmiyyətinin əsaslarının möhkəmləndirilməsinə, hüquqi savadlılığın artmasına töhvə verilməsi məqsədilə keçirilir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.