Son yeniləmə: 28 Oktyabr 2024 10:41
BAYRAQDAR MEDİA – Türkiyədə Cümhuriyyət Bayramı ilə bağlı müxtəlif tədbirlər keçirilir. Belə tədbirlərdən biri də Denizlidə, Merkezefendi Bələdiyyəsi tərəfidnən təşkil ediləcək.
Bu barədə denizli24haber.com saytı məlumat yayıb.
Məlumata görə, “Cümhuriyyətin Öncü Qadınları” sərgi təşkil ediləcək ki, bu sərgidə də Cümhuriyyətin qadınlara açdığı azadlıq qapısını cəsarətlə açan qabaqcıl qadınların hekayələrindən bəhs ediləcək: “Yazar Özlem Özdemirin kuratorluğu ilə “Cümhuriyyətin Öncü Qadınları”sərgisi oktyabrın 28-də yerli vaxtla saat 14.00-da Merkezefendi Mədəniyyət Mərkəzində açılacaq. Sərgi 6 noyabr bazar gününə qədər ziyarətçilərin üzünə açıq olacaq”.
Məlumata əsasən sərgi üç əsas bölmədən ibarətdir.
İlk şərhi yaza bilərsiniz