Son yeniləmə: 28 Oktyabr 2024 08:16
BAYRAQDAR MEDİA – Oktyabrın 27-də Bolqarıstanda daha bir növbədənkənar parlament seçkiləri keçirilib. Daha bir ona görə qeyd edirik ki, bu, 2021-ci ildən bəri davam edən seçki prosesində yeddinci dəfə keçirilən növbədənkənar seçkidir.
Məlumatlara əsasən, Bolqarıstanda qeydə alınmış 6,3 milyon seçici seçkilərdə 240 üzvlü 51-ci Məclisin yeni deputatlarını təyin ediblər Ölkədə üç ildir davam edən siyasi sabitsizlik səbəbindən yeddinci dəfə növbədənkənar seçkilər keçirilib.
Yeri gəlmişkən, Bolqarıstan Milli Radiosu BNR-nin media tərəfdaşı olan “Gallup International Bolkan” sosiologiya agentliyinin 80 faiz sorğusuna görə, 8 partiya və koalisiya 51-ci parlamentə daxil olacaq, bir partiya isə 4 faizlik barajın sərhədindədir. Sorğuya əsasın Bolqarıstanda 27 oktyabr 2024-cü ildə keçiriləcək növbədənkənar parlament seçkiləri üçün səslərin bölgüsü belədir: GERB-SDS 24,4 faiz; “Vazrajdane” 13,7 faiz; PP-DB 13,5 faiz; “DPS – Novo Naçalo” 11,7 faiz; “Alians za prava i svobodi” 10,1 faiz; “BSP – Obedinena Levitsa”: 7,8 faiz; “İma Takav Narod” 6,9 faiz; MEÇ: 5 faiz səs alıb. “Veliçie” isə 3,8 faiz səslə 4 faizlik giriş baryerinin altında qalıb.
İlk şərhi yaza bilərsiniz