Son yeniləmə: 28 Oktyabr 2024 15:11
BAYRAQDAR MEDİA – Azərbaycanda qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanı keçirilib.
Bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının prezidenti Vüqar Oruc məlumat verib.
Sədr bildirib ki, ixtisas imtahanına 7 qiymətləndirmə istiqaməti üzrə 142 nəfər namizəd qatılıb, onlardan 106 namizəd imtahanı müvəfəqiyyətlə başa vurub: “Qanunvericiliyə əsasən, imtahandan uğurla keçən namizədlərə 5 iş günü müddətində qiymətləndirmə fəaliyyətinin müvafiq istiqaməti üzrə ixtisas şəhadətnaməsi veriləcək. Eyni zamanda, həmin şəxslərdən ibarət Azərbaycan Qiymətləndiricilər Palatası formalaşdırılacaq”.
Çox xoşbəxtəm ki, bu proseslərin təşkili mən və fədakar komandamız tərəfindən həyata keçirildi. İmtahanlara hazırlıq, rəsmi kursların keçirilməsi, sual bankının yaradılması, ekspertlərin prosesə cəlb olunması kimi istiqamətlərdə fasiləsiz fəaliyyətimiz qiymətləndirmə sektorunun ciddi şəkildə yenidən formalaşmasına gətirib çıxardı. Amma bu, son deyil, hələ başlanğıcdır. Qarşımızda çox böyük hədəflər var. Bu hədəflərin gerçəkləşəcəyinə inamım böyükdür. Mən və komandamızın əzmi və fədakarlığı bu inamın əsasını təşkil edir”, – deyə, Vüqar Oruc əlavə edib.
İlk şərhi yaza bilərsiniz