Son yeniləmə: 25 Oktyabr 2024 09:20
BAYRAQDAR MEDİA – Lefkoşa Türk Bələdiyyəsi (LTB), Baş nazir müavinliyi, Turizm, Mədəniyyət, Gənclik və Ətraf Mühit Nazirliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən “18 yaşdan yuxarı xüsusi ehtiyacı olan şəxslər üçün peşə təhsili”nin birinci mərhələsi tamamlanıb.
Bu barədə Kıbrıs Postası məlumat yayıb.
Bildirilib ki, “təlimdə xüsusi qayğıya ehtiyacı olan 5 gənc iştirak edib. Mətbəx işçilərinin hazırlanması üçün təşkil edilən proqram çərçivəsində mətbəx təcrübələri, əməyin mühafizəsi və təhlükəsizliyi, ilk yardım, müalicəvi sənət emalatxanaları kimi mövzuları əhatə edib”.
İlk şərhi yaza bilərsiniz