Press "Enter" to skip to content

Sikkə və külçə kolleksiyalarına tələbat artıb

Son yeniləmə: 25 Oktyabr 2024 09:20

BAYRAQDAR MEDİA – “AzerGold” QSC 2024-cü ilin yanvar-sentyabr ayları ərzində qiymətli metalların pərakəndə satış bazarında fəaliyyətini uğurla davam etdirib.

Bu barədə BAYRAQDAR MEDİA-ya qurumdan məlumat verilib.

Bildirilib ki, “2024-cü ilin ilk 9 ayı ərzində QSC-ninrəsmi satış və mübadilə mərkəzində 2 min 582 unsiya qızıl sikkə və külçənin pərakəndə satışı həyata keçirilib. Bununla ötən ilin eyni dövrü ilə müqayisədə qızılın pərakəndə satışında 35% artıma nail olunub. Qeyd olunan dövr ərzində 70 unsiya gümüş məhsullarının da pərakəndə satışı həyata keçirilib. Cari ilin yanvar-sentyabr aylarında qızıl və gümüş məhsullarının pərakəndə satışı nəticəsində 11.4 milyon manat gəlir əldə edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 59% artım deməkdir”.

Qeyd edilib ki, “AzerGold” QSC yerli qızıl və gümüş xammalından istehsal etdiyi sikkə və külçələri ilk dəfə 2019-cu ildə satışa təqdim edib: “Bu günə qədər 11 min 677 unsiya qızıl sikkə və külçə, 595 unsiya gümüş sikkənin pərakəndə satışı nəticəsində 44.2 milyon manat məbləğində gəlir əldə edilib. Xatırladaq ki, QSC tərəfindən Azərbaycanın müasirliyini, tarix və incəsənətini, qədim ənənələrini təbliğ edən 11çeşiddə sikkə kolleksiyası istehsal olunub. Cari ildə Heydər Əliyev Fondunun yaradılmasının 20, Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyinə həsr olunmuş, o cümlədən paytaxt Bakının ən qədim hissəsi – İçərişəhərin təsvirini özündə əks etdirən yeni qızıl sikkə kolleksiyaları ictimaiyyətə təqdim edilib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.