Press "Enter" to skip to content

“NarKredit”dən data kredit xidməti

Son yeniləmə: 25 Oktyabr 2024 09:36

BAYRAQDAR MEDİA – Sərfəli mobil operator “Nar” abunəçilərinə balanslarında yetərli məbləğ olmadığı zaman “NarKredit” xidməti vasitəsilə internet paketləri sifariş vermək imkanı yaradıb.

BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, abunəçilər *771#200#YES şifrəsini yığmaqla 200 MB və *771#800#YES şifrəsini yığmaqla 800 MB həcmində data kredit götürə bilər: “Sifariş olunan 200 MB data kredit üçün 0.68 AZN, 800 MB data kredit üçün isə 1.88 AZN məbləğ hesablanır. Bu məbləğlər data paketi, xidmət haqqı və sorğu xərclərinin tam dəyərini özündə ehtiva edir və paketlərin ümumi dəyəri abunəçi balansını artırdığı zaman çıxılır. Qeyd edək ki, birdən çox data kredit götürmək də mümkündür – bu zaman ümumi kredit məbləği abunəçinin mövcud limitinə əsasən dəyişir. “Nar” nömrəsinin mövcud data kredit borcunu *771#150#YES şifrəsi ilə nəzarətdə saxlamaq mümkündür. “NarKredit” xidmətindən istifadə etməzdən öncə *771#7#YES şifrəsini yığaraq nömrənizin kredit götürmək üçün uyğunluğunu yoxlayın. Həmçinin, nar.az/Narkredit səhifəsindən xidmət haqqında bütün məlumatı əldə edə bilərsiniz”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.