Press "Enter" to skip to content

MHP-nin yerli məclis üzvləri qapalı toplantıya çağrılıb

MHP-nin mərkəzi qərargahı

Son yeniləmə: 25 Oktyabr 2024 09:21

BAYRAQDAR MEDİA – Türkiyənin Milliyyetçi Hərəkat Partiyası (MHP) oktyabrın 25-də mühüm toplantıya ev sahibliyi edəcək.

Bu barədə Türkgün Gazetesi məlumat yayıb.

Bildirilib ki, “toplantı sədr Devlet Bahçelinin himayəsində  yerli vaxtla saat 15:00-da MHP mərkəzi ofisinin Gün Sazak Konfrans Salonunda keçiriləcək”.

Məlumata görə, qapalı keçiriləcək toplantıda yerli idarəetmə strategiyaları ilə bağlı qiymətləndirmələr ediləcək: “Toplantı üzvləri ölkə gündəmini olduğu kimi yerli rəhbərliklərdəki işləri də nəzərdən keçirəcək və önümüzdəki dövrdə atılacaq addımları qiymətləndirəcək. Görüş mətbuata qapalı olacaq və partiya üzvləri arasında məsləhətləşmələr aparılacaq”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.