Son yeniləmə: 25 Oktyabr 2024 09:20
BAYRAQDAR MEDİA – Manisa Azerbaycan Kültür ve Dayanışma Dərnəyi bu günlərdə Manisa Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrında olub.
Bu barədə BAYRAQDAR MEDİA-ya Dərnəkdən məlumat verilib.
Bildirilib ki, “Dərnək başqanı Şentürk Hoşgülün rəhbərlik etdiyi heyət teatrın yeni baş direktoru Kubilay Penbeklioğlunu ofisində ziyarət edərək, onu vəzifəyə başlaması münasibətilə təbrik edib. Ziyarətdə Dərnəyin Baş katib Taner Çetin, Qadın Qolları başçısı Filiz Kayatepe və Gənclik Qolları başçısı Onur Döşeme də iştirak edib”.
Məlumata görə, Ş.Hoşgül K.Penbeklioğluna uğurlu fəaliyyət arzulayaraq, mədəniyyət və incəsənət sahəsində birgə layihələrin hazırlanmasına açıq olduqlarını bildirib.
Görüş zamanı Səfər zamanı Dərnəyin 20 illiyi və Türkiyə Cümhuriyyətin 100 illiyi münasibətilə xüsusi hazırlanmış hədiyyələr K.Penbeklioğluna təqdim edilib.
İlk şərhi yaza bilərsiniz